AZ

Lamborghini 2024-cü ili satış rekordu ilə başa vurub

Ötən il Lamborghini şirkəti üçün rekord ili olub. İtalyan markası dünya üzrə 10 687 avtomobil satıb ki, bu da 2023-cü ildə əldə edilən əvvəlki maksimumdan 6% çoxdur. Ən çox superkar EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrikada) satılıb. Lamborghini modellər üzrə göstəriciləri açıqlamır, lakin avtomobillərə növbə artıq illər əvvəl tutulub. Alıcıların sevimliləri Urus və Revuelto modelləridir.

Fins.az xəbər verir ki, Lamborghini 2024-cü ildə EMEA regionunda 4227 avtomobil satmağı bacarıb. Bu, 2023-cü illə müqayisədə 6% çoxdur. İkinci yeri hər iki Amerika qitəsi tutur: ora 3712 avtomobil göndərilib və artım 7% təşkil edib. Çin də daxil olmaqla, Asiya-Sakit Okean regionunda (APAC) 2748 Lamborghini satılıb ki, bu da keçən illə müqayisədə 3% çoxdur.

Plagin hibrid sisteminə keçən Urus krossoveri ən populyar Lamborghini avtomobili olub. İtalyan istehsalçısı elektrikləşdirilmiş Urus modelinin "qlobal miqyasda dərhal müsbət reaksiya" göstərildiyini bildirib. Krossoverə olan növbə 2026-cı ilə qədər uzanır.

Bununla belə, tələbatda ən böyük artımı V12 mühərrikinə əsaslanan hibrid sistem ilə təchiz edilmiş Revuelto superkarı göstərib. Bu halda yeni alıcılar superkarı 2027-ci ilə qədər gözləməli olacaqlar.

2024-cü ildə əldə edilən uğurun əsas drayveri təqaüdə göndəriləcək Huracan superkarı olub. O, 2025-ci ildə öz yerini əhəmiyyətli dərəcədə daha güclü V8 mühərriki ilə təchiz edilən Temerario modelinə verəcək. Lamborghini şirkəti Temerario superkarının top versiyasının gücünün min at qüvvəsini keçəcəyini vəd edib.

Seçilən
4
fins.az

1Mənbələr