AZ

Türkiyə ilə Aİ arasında yüksək səviyyəli iqtisadi dialoq görüşü keçiriləcək

Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında 6 ildən sonra yüksək səviyyəli iqtisadi dialoq görüşünün keçirilməsi planlaşdırılır.

Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin sessiyasında etdiyi çıxışda deyib:
“Türkiyənin qaçqınlara yardım sahəsində gördüyü işləri yüksək qiymətləndiririk. Aİ keçən il Türkiyə ilə daha çox dialoq qurmaq qərarına gəldi. Mart və aprel aylarında Türkiyə ilə iqtisadiyyat mövzusunda yüksək səviyyəli dialoq qurmağı planlaşdırırıq".

Xatırladaq ki, Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli İqtisadi Dialoq Toplantısı sonuncu dəfə 28 fevral 2019-cu ildə İstanbulda keçirilib.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen ikinci növbəti sədrliyi dövrünün ilk xarici səfərlərindən birini dekabrın 17-də Türkiyəyə edib və prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Əsas mövzusu Suriyadakı inkişaflar olan görüşdən sonra təşkil edilən mətbuat konfransında Aİ iqtisadiyyat sahəsində müsbət mesajlar verib.



Seçilən
0
2
trt.net.tr

3Mənbələr