Astrologiyada üç bürc öz hissləri ilə deyil, ağılları ilə hərəkət edir. Yüksək zəkaya malik olan bu bürclər intellektual qabiliyyətləri və analitik zəkaları ilə seçilir.
Yenisabah.az həmin bürcləri araşdırıb:
Əqrəb ən ağıllı bürclərdən biridir. Həyatlarını həmişə bir plan üzərində qururlar. Əqrəblər üçün nə qədər diqqət görmələri və ya nə qədər sevildikləri önəmli deyil. Əqrəblər hər insana əhəmiyyət vermir. Onlar yalnız sevdiyi insanların qayğısına qalır. Həmişə rasional olduqları üçün duyğuları ilə hərəkət etməyə meylli deyillər . Bu səbəbdən həmişə uğurlu olmağa daha çox diqqət edirlər.
Qoç bürcünü çox iddialı bir bürc kimi tanıyırsınız. Bu insanlar məqsədlərinə çatmaq üçün həmişə yorulmadan çalışırlar. Bunu edərkən Qoçlar həyatı çox da ciddiyə almır və özünü yormur. Çünki Qoç həmişə özünün ən yaxşısı olduğunu bilir. Qoç bürcü insanlarının praktik zəkaları hər kəsin diqqətini çəkir. Çətinliyə düşən hər kəsə kömək etməyə tələsən Qoçlar bütün işlərin öhdəsindən ağılla gələ bilirlər. Hər kəs onların zəkasına heyrandır.
Şir bürcü insanları hər mühitdə dərhal diqqət çəkirlər. Bu bürc xarici görünüşü, davranışı və ağlı ilə hamını cəzb edir. Şir bürcünün etdiyi hər işdə uğur qazanması insanları heyrətləndirir. Şirlər emosional insanlardır, lakin onlar emosiyalarını bir kənara qoymağı və yalnız ağılları ilə hərəkət etməyi bilirlər. Rasional həll yolları ilə hər kəsə dəstək olurlar.
Aytac Şahin
Telegram kanalımız