AZ

Tərtərdə şəhid ailəsinə məxsus 4 otaqlı ev yandı


Ötən gün Tərtər rayonunun Qaradağlı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Bakupost.az xəbər verir ki, yanğın baş verən ev Birinci Qarabağ müharibəsi şəhidi Vəli Abbasovun ailəsinə məxsusdur.


Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

Qeyd edək ki, Abbasov Vəli Tapdıq oğlu 1992-ci il aprelin 11-də Ağdərə rayonunun Şıxarx qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.



Seçilən
0
4
bakupost.az

7Mənbələr