Bu günə qədər Bakıda 30-dan çox küçə və prospektdə ümumilikdə 100 km-dən çox avtobus zolaqları təşkil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, AYNA avtobus zolaqlarının istifadəsini genişləndirir: "Mərhələli şəkildə digər ünvanlarda da xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılıb".