Dağıstanın Bakıdakı nümayəndəliyinə yeni rəhbər təyin edilib.
Turkustan.az-ın məlumatına görə, bu barədə qərarı Dağıstanın rəhbəri Sergey Məlikov imzalayıb.
Qərara əsasən, Rusiya Qvardiyasının general-mayoru Əliyar Tanrıverdi oğlu Abdullayev respublikanın Bakı üzrə nümayəndəliyinə rəhbərlik edəcək.
Abdullayev Rusiya Milli Qvardiyasının Volqa dairəsi komandirinin müavini vəzifəsində çalışıb. Onun etnik azərbaycanlı olduğu bildirilir./modern.az