Azərbaycanda 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub.
Bu barədəTƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, ötən ilin sentyabr ayından başlanılan qrip əleyhinə vaksinasiya prosesindən bu ilin yanvar ayının 1-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 34 148 nəfər qrip əleyhinə peyvənd olunub.
Peyvənd olunanlardan 4 min 431 nəfər 0-17 yaş aralığı, 29 min 717 nəfər isə 18 və daha yuxarı yaş qrupları üzrə şəxslərdir.