Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb.
İdman.biz xəbər verir ki, yığmamız Şəkidə təlim-məşq toplanışındadır.
Əsas diqqət ümumi fiziki hazırlığa yönələcək. Məşqlərdə 8 boksçu iştirak edir.
Yanvarın 13-dən başlayan toplanış ayın 25-də başa çatacaq.
İdman.biz