AZ

Ağ Evdən yük maşınları ilə məxfi sənəd daşıyır

Ağ Evin hazırkı rəhbəri Co Bayden məxfi sənədlərlə dolu yük maşınları ilə Ağ Evi tərk etməyi planlaşdırır.

Söz.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

"Yük maşınları artıq Ağ Evdədir və gələn həftə oranı tərk etməli olan Baydenin işçiləri sənədləri yükləyirlər", - deyə yazıda deyilib. 

Agentlik qeyd edib ki, vəzifədən gedən administrasiya Ağ Evdən hansı sənədlərin çıxarılacağını yoxlamaq üçün yeni və təhlükəsiz protokol vəd edib.

Bayden sonuncu dəfə vəzifəsini tərk edərkən özü ilə ABŞ Milli Arxivlər və Qeydlər İdarəsinə göndərilməli olan minlərlə sənəd götürüb.



Seçilən
0
1
soz.az

4Mənbələr