Türkiyənin “Baykar” şirkətinin ilk peyki “SpaceX” raketi ilə orbitə buraxılıb.

İndex.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Buraxılış ABŞ-dəkı Vandenberq Hərbi Hava Qüvvələri bazasından həyata keçirilib.

Peyk “Transporter-12” missiyası çərçivəsində kosmosa göndərilib.