Öncəki illərə nisbətən iştirakçılar arasında maraq əhəmiyyətli dərəcədə artıb. Bu il iştirakçılar daha geniş bir auditoriyanı əhatə edəcək, çünki mühasibatlıq və vergi sahəsindəki yeniliklərə maraq böyükdür. Yeni qanunvericilik, rəqəmsal texnologiyaların tətbiqi və bu sahədəki dəyişikliklər, xüsusən biznes sahəsindəki peşəkarlar üçün tədbirin əhəmiyyətini artırıb. Bu da tədbirə olan marağın yüksəlməsinə əsas səbəbdir. - Zirvədə iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz? - Əsas olaraq onu qeyd edim ki, vergi və mühasibatlıq sahəsində daha dərindən məlumat əldə etmək, sektordakı yeni trendləri və qanunvericilik dəyişikliklərini öyrənmək istəyirsinizsə, bu zirvə sizin üçün möhtəşəm bir fürsətdir. Həmçinin, bu ilki zirvə iştirakçılara daha çox interaktiv imkanlar və praktik biliklər təqdim edəcək, buna görə də düşünürəm ki, VMZ2025 çox faydalı olacaq. “Good Finans” şirkətinin direktoru Vüsal Səlimov - Ölkəmizdə III dəfədir ki, “Vergi və Mühasibatlıq Zirvəsi” keçirilir. Bu “Zirvə”nin uğuru sizcə nələrdir? - “Vergi və Mühasibatlıq Zirvəsi” ölkəmizdə artıq üçüncü dəfədir ki, keçirilir və hər il artan maraqla qarşılanır. Bu zirvə, vergi və mühasibatlıq sahəsində çalışan peşəkarların bilik və təcrübə mübadiləsi üçün unikal platforma yaradır. Əvvəlki tədbirlərdə yüzlərlə mütəxəssis, sahibkar və dövlət nümayəndəsi iştirak edərək, sahə üzrə yenilikləri müzakirə etmiş və şəbəkələşmə imkanlarından faydalanmışdır. Bu uğur, tədbirin yüksək səviyyədə təşkil olunması və mövzuların aktuallığı ilə əlaqədardır. - Zirvə”də neçə spiker nəzərdə tutulub? Spikerlər hansı amillərə əsasən seçilib dəvət edilir? Yerli yoxsa xarici spikerlər üstünlük təşkil edəcək? - Bu ilki “Zirvə”də üç panel üzrə müzakirələr aparılması planlaşdırılır: 1. Maliyyə riskləri və uçot 2. Peşəkar Mühasib Sertifikatı: qızıl bilet, yoxsa məcburiyyət? 3. Vergilər: menecment və vizyon Panellərdə ümumilikdə 16 spikerin iştirakə nəzərdə tutulub. Spikerlərin seçimi zamanı onların sahə üzrə dərin bilik və təcrübəsi, həmçinin aktual mövzulara dair məlumatlılığı nəzərə alınır. Əsas məqsəd, iştirakçılara ən son yenilikləri və praktiki tövsiyələri təqdim etməkdir. - “Zirvə”də iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz? - “Zirvə”də iştirak etmək istəyənlərə tövsiyəm odur ki, bu fürsəti qaçırmasınlar. Tədbir, vergi və mühasibatlıq sahəsindəki yenilikləri öyrənmək, peşəkar əlaqələr qurmaq və biliklərini artırmaq istəyən hər kəs üçün əvəzsiz bir platformadır. Əvvəlki illərdə iştirak edənlər tədbirin faydalılığını yüksək qiymətləndirmişlər. Bu il də maraqlı müzakirələr və dəyərli təqdimatlar gözlənilir. "Good Finance" şirkətinin vergi konsultantı Teymur Əşrəf - Teymur bəy, “Vergi və Mühasibatlıq Zirvəsi”nin yerli şirkətlərə və ümumilikdə biznes mühitinə nə kimi faydaları olacaq? - “Vergi və Mühasibatlıq Zirvəsi” ölkəmizdə biznes mühitinin inkişafına böyük töhfə verir. Əvvəlki iki “Zirvə”də mühasibatlıq və vergi sistemindəki yeniliklər geniş müzakirə olunub, iştirakçılar sektordakı qlobal tendensiyalarla tanış olublar. Bu tədbirlər nəticəsində yerli şirkətlər daha effektiv idarəetmə modellərini mənimsəyərək, biznes dinamikasında mühasibatlıq və vergi sahələrinin əhəmiyyəti ətraflı müzakirə olunub. İndiki dinamik iş dünyasında, dəqiq maliyyə məlumatları əsasında qərarlar qəbul etmək mütləqdir və bu “Zirvə” şirkətlərə həmin bilikləri tətbiq etməyi öyrədir. Bundan əlavə, tədbir müxtəlif sektorlarda fəaliyyət göstərən mütəxəssislər arasında əlaqələr qurulmasına da şərait yaradır ki, bu da ümumilikdə biznes ekosistemini daha dayanıqlı edir. - Bu il zirvənin sloqanı “Hesabın gücü” seçilib. Sloqan ideyası necə yaranıb? - Hesabın gücü” sloqanı müasir biznes dünyasında mühasibatlıq və maliyyə sistemlərinin oynadığı kritik rolu vurğulayır. Əvvəlki “Zirvə”lərdə əldə olunan nəticələr göstərdi ki, hər uğurlu biznes strategiyasının arxasında dəqiq hesablar və məlumatların təhlili dayanır. Bu sloqan, mühasibatlıq və vergi sahəsinin yalnız əməliyyat deyil, həm də strateji qərarların verilməsində əsas rol oynadığını ifadə edir. Həmçinin, sloqan biznesin dinamikasına uyğun olaraq mühasibatlıq və vergi sistemlərinin bir-birinə inteqrasiya edilməsinin zəruriliyini də simvollaşdırır. İdeya, iqtisadi idarəetmənin mahiyyətini vurğulamaq və sahə mütəxəssislərinin gördüyü işlərin dəyərini ön plana çəkmək məqsədilə formalaşıb. - “Zirvə”də iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz? - “Zirvə”də iştirak etməklə, hər bir mütəxəssis və sahibkar, biznes idarəçiliyinə fərqli yanaşma tərzini öyrənəcək. Əvvəlki “Zirvə”lərdən fərqli olaraq, bu il iştirakçılar üçün daha interaktiv formatlar hazırlanıb ki, bu da onları sektorda mövcud olan ən yaxşı təcrübələrlə tanış edəcək. Tədbirə qatılmaq, yalnız yeni biliklər əldə etmək deyil, həm də peşəkar şəbəkənizi genişləndirmək üçün əvəzolunmaz fürsətdir. “Hesabın gücü”nü öz bizneslərində tətbiq etmək istəyən hər kəsi Zirvədə görməkdən məmnun olacağıq. Əminəm ki, bu tədbir həm şəxsi, həm də korporativ inkişafınıza töhfə verəcək.
Reklam hüququnda