AZ

Tehranda azərbaycanlı qızın nəhəng plakatı asıldı - FOTO

Tehranın Vəliəsr meydanında “Atalar günü” münasibətilə “Atam mənim şərəf medalımdır” adlı nəhəng plakat asılıb.

Modern.az xəbər verir ki, nəhəng plakatda 2024-cü il Paris Paralimpiya Oyunlarında böyük uğur qazanmıç 17 yaşlı Zəhra Rəhiminin atası ilə birgə fotosu yer alıb.

Zəhra Rəhimi bu yaxınlarda atasına "Volvo" markalı yük maşını bağışlayaraq, ona sürpriz edib.

Zəhra Rəhiminin bu jesti sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Paris 2024 Paralimpiya Oyunlarında mübarizə aparan taekvondoçu Zəhra Rəhimi qadınlar arasında K44 52 kq çəki dərəcəsində gümüş medal qazanmışdı.

Zehra Rehimi 2008-ci ildə Şərqi Azərbaycanın Mərənd şəhərində anadan olub. O, milliyətcə Azərbaycan türküdür.

Seçilən
1
1
modern.az

2Mənbələr