AZ

Juninyo tibbi müayinədən keçdi - "Flamenqo"da nə vaxt debüt edəcək?

Braziliya təmsilçisi "Flamenqo"ya transfer olunan "Qarabağ"In artıq sabiq hücumçusu Olavio Juninyo tibbi müayinədən keçib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

28 yaşlı forvard yeni komandasında debüt edə biləcəyi oyun bəlli olub. O, ilk üç oyununda iştirak etməyəcək. Braziliyalı hücumçu "Flamenqo"nun ABŞ-da təşkil olunan təlim-məşq toplanışına qatılmayacaq. Orlando şəhərindəki matçlarda iştirak edə bilməyəcək Juninyo komandasının vətənə qayıdışını gözləyəcək. Forvard Kariokada yeni mövsümün növbəti 3 turunu da buraxacaq. Onun “Madueyra”, “Nova İquaçu” və “Banqu” ilə görüşlərdə oynaya bilməyəcəyi gözlənilir. Juninyonun debütü yanvarın 25-də reallaşa bilər. Həmin gün “Flamenqo” “Volta Redonda” ilə görüşəcək. Beşinci turun matçı Mane Qarrinça stadionunda keçiriləcək.

Qeyd edək ki, Juninyo “Flamenqo” ilə 4 illik müqavilə imzalayacaq. "Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
2
2
fanat.az

3Mənbələr