AZ

ABŞ Konqresi transgenderlərin qadın idmanında iştirakına qarşı səs verdi

ABŞ Konqresinin Nümayəndələr Palatası transgenderlərin qızların məktəb idman komandalarında iştirakını qadağan edən qanun layihəsini təsdiqləyib. Sənəd 206 əleyhinə 218 səslə lehinə, iki demokratın da respublikaçıları dəstəkləməklə təsdiqlənib. Bu barədə “The New York Times” məlumat yayıb.

Qanun layihəsi komandalara transgenderlərin daxil olduğu halda həmin məktəblərin maliyyələşdirilməsini dayandıracaq. Demokratlar bu təklifi tənqid edərək, bunu şagirdlərin şəxsi həyatına müdaxilə adlandırıblar. Fikir ayrılığı qanunun necə həyata keçiriləcəyi ilə bağlı idi, Respublikaçılar şagirdlərin doğum şəhadətnamələrini yoxlamağı təklif edərkən, Demokratlar bunun "kiçik qızların cinsiyyət orqanlarının müayinəsinə" səbəb olacağını və bəzi doğum şəhadətnamələrində interseks uşaqların qeyd edildiyini iddia etdilər.

Səsvermənin nəticələrini şərh edən konqresmen Qreq Styubi bildirib ki, bu təşəbbüs qadın idmançılar üçün “oyun sahəsini bərabərləşdirmək” məqsədi daşıyır. O vurğulayıb ki, əksəriyyət kişilərin qadın idman növü ilə məşğul olmasını qəbuledilməz hesab edir.

2024-cü il dekabrın ortalarında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyası dövründə hökumətin yalnız iki cinsin: kişi və qadının tanınması ilə bağlı rəsmi siyasətə əməl edəcəyini açıqladı.

Almaz Həsənli

Seçilən
0
1
oxumeni.az

2Mənbələr