AZ

Balaxanıda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rəhim Əsədov 17 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, ötən il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4 120.2.11 , 181.3.3 cü maddələri ilə ittiham edilib.

Seçilən
7
1
apa.az

2Mənbələr