AZ

Azərbaycanda ötən il neft emalı azalıb

Azərbaycanda

Ötən il Azərbaycanda 5,8 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 10,8% azalma deməkdir.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Seçilən
0
2
xalqcebhesi.az

3Mənbələr