AZ

Gəncədə intihar edən gənc şəhidin qardaşı oğludur

Gəncə şəhərində intihar edən Ümid Əlizadə şəhid Anar Əlizadənin qardaşı oğludur.

Teleqraf.com-un qərb bürosu xəbər verir ki, A.Əlizadə Vətən müharibəsi dövründə - 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həyat yoldaşı Nurçin Əlizadə ilə birlikdə şəhid olub.
Onlar əslən Şəmkir rayonun Çinarlı kəndindəndir. Anar Əlizadə ailəsi ilə birlikdə Gəncədə yaşayıb. Beş il əvvəl düşmən onların evini dağıdıb. Ailənin sağ qalan üzvlərinə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Gəncədəki yaşayış kompleksində mənzil verilib.

22 yaşlı Ümid Yalçın oğlu Əlizadə burada intihar edib. O, evin tək oğul övladı olub və bu yaxınlarda atası ilə birlikdə Rusiyanın paytaxtı Moskva şəhərindən Azərbaycana qayıdıb. Gəncin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Ü.Əlizadənin heç bir pis vərdişi olmayıb.

Mərhum ata-baba yurdu olan Şəmkir rayonunun Çinarlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimi qeyri-adi formada keçirilib, musiqi səsləndirilib, cənazəsinin önündə bəzədilmiş avtomobillərdən ibarət “toy karvanı” gedib. Yaxınları bunu Ümidin subay olması, onun toyunu görə bilməmələri ilə izah ediblər.

Ü.Əlizadənin intihar faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Seçilən
1634
1
teleqraf.com

2Mənbələr