AZ

Pezeşkian: "Tramp administrasiyası ilə dialoqa açığıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İran ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa seçki kampaniyası zamanı sui-qəsd etməyi planlaşdırmayıb və gələcəkdə də belə bir planı yoxdur".
Oxu.Az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian "NBC News" telekanalına müsahibəsində deyib.
İran prezidenti söyləyib ki, İran Donald Tramp administrasiyası ilə dialoqa açıqdır, lakin rəsmi Tehran ABŞ-nin keçmişdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və İran hökumətini devirməyə çalışdığını da unutmur.
M.Pezeşkian həmçinin deyib ki, İran nüvə obyektlərinə hücum ediləcəyi təqdirdə özünü müdafiə edəcək:
"Bizim istənilən hərəkətə reaksiya verməyimiz tamamilə təbiidir. Biz müharibədən qorxmuruq, amma buna da can atmırıq".
Seçilən
2
oxu.az

1Mənbələr