Bakı. Trend:
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismaraveriləndən 1 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft(kondensatla birlikdə), 466,5 milyard kubmetr qaz hasil edilib.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Azəri-Çıraq-Günəşli”dən 601,5 milyon ton neft,229,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,7 milyon tona yaxınkondensat, 236,8 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan 01yanvar 2025-ci il tarixinədək 648,3 milyon ton neft, 169,5 milyardkubmetr qaz ixraca nəql edilib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur.Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilkmüqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına vəhasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu sazişyataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
Onu da əlavə edək ki, “Şahdəniz” perspektiv sahəsininkəşfiyyatı, işlənməsi və hasilatın Pay Bölgüsünə dair Saziş” 4 iyun1996-cı ildə imzalanaraq, həmin ilin oktyabr ayının 17-də qüvvəyəminib.
Xəzərin Azərbaycan sektorunda yerləşən və dünyanın ən böyük qazvə kondensat yataqlarından biri olan “Şahdəniz” yatağı 1999-cu ildəkəşf edilib. 1 trilyon m³ qaz və 243 milyon ton kondensatdan ibarətolan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qazlayihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixracedən ölkə kimi tanıdıb.