AZ

Azərbaycan istənilən sərhəd təxribatının qarşısını almağa hazır olmalıdır- ÖZƏL

"ABŞ prezidenti C.Bayden kreslosu ilə vidalaşmasına saylı günlər qaldığı məqamda erməni doasporası qarşısınıda daha bir borcunu ödəmiş oldu. Belə ki, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkələr arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və strateji tərəfdaşlıq haqqında xartiyanı imzaladı". "Olaylar" xəbər verir ki, bunu deyən hüquqşünas Alim Hüseynlinin sözlərinə görə, əslində belə bir addımın atılacağı gözlənilən idi: "Bu vaxta qədər ABŞ-la Ermənistan arasında hərbi əməkdaşlığın inkişafı istiqamətində atılan addımlar, həyata keçirilən birgə hərbi təlimlər sonda bunun rəsmi əməkdaşlığa çevriləcəyinə bir işarə idi. Üstəlik Ermənistanda davam edən Qərbin "binokl diplomatiyası" Ermənistanın Rusiyadan qoparaq Avropa ölkələri ilə fərdi qaydada hərbi əməkdaşlıq üçün siyasi zəmin yaradırdı. Hazırda sözügedən strateji tərəfdaşlıq haqqında xartiya iki ölkə arasında siyasi-iqtisadi və təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin inkişafına, habelə aktual beynəlxalq və regional problemlərin həllinə yönəlmiş əməkdaşlığın yeni mərhələsini ehtiva edir. Məhz bu baxımdan sözsüz ki, bu xartiya region dövlətlər, eləcə də Azərbaycan üçün arzuolunan deyil. Konkret olaraq, Azərbaycan və Ermənistan arasında gözlənilən sülh müqaviləsinin imzalanmasına qarşı sipərdir. Nəzərə almaq lazımdır ki, bu vaxta qədər Bayden administrasiyası yarımçıq sülh müqaviləsinin imzalanmasına israrla təkid edirdi. İndi isə sülh müqaviləsinə imza atılmadan birtərəfli qaydada strateji tərəfdaşlıq haqqında xartiya imzalayır. Odur ki, Azərbaycan ehtiyatı əldən verməməli, gözlənilən hər hansı sərhəd təxribatının qarşısını almağa hazır olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr