AZ

Azərbaycan dekabrda OPEC kvotasından 88,2 % istifadə edib

Ötən ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı (kondensatla birlikdə) 80,776 min ton (609 min barel) təşkil edib. SİA Azərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 65,987 min tonunu (gündəlik 478 min barel) neft, 14,789 min tonunu (122 min gündəlik barel) kondensat təşkil edib.

Belə ki, Azərbaycan dekabrda OPEC kvotasından 88,2 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 min 259 ton) təşkil edib.

Seçilən
0
3
sia.az

4Mənbələr