AZ

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər

Yanvarın 15-16-da Brüsseldə 27 ölkə və 20 tərəfdaş dövlətin müdafiə məsələləri üzrə rəhbərləri Ukraynadakı vəziyyəti, alyansın davam edən missiyalarını müzakirə etmək, habelə NATO-dakı vəziyyəti nəzərdən keçirmək üçün ikigünlük görüş keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iclasa Hərbi Komitənin rəhbəri Rob Bauer sədrlik edəcək.

Görüş zamanı, həmçinin Qlobal Cənub və Hind-Sakit Okean hövzəsi üzrə tematik sessiyalar, hər iki regionun strateji təhlükəsizlik vəziyyəti, onların regional çağırışları və dünya miqyasında təhlükəsizlik üçün təsirləri haqqında brifinqlər keçiriləcək.

İştirakçılar, eyni zamanda, hərbi əməkdaşlıq, standartlaşdırma və qarşılıqlı fəaliyyət imkanlarını müzakirə edəcəklər.

Qeyd edək ki, bütün görüşlər qapalı keçiriləcək.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr