AZ

Los-Ancelesdə yanğına görə içməli sular da təhlükə altındadır

Los-Ancelesdəki tarixi yanğına görə içməli su da təhlükə altındadır.

Turkustan.az xəbər verir ki, minlərlə hektar ərazinin yandığı Los-Ancelesdə yanğınlar 8-ci gündür davam edərkən, mütəxəssislər yanğınlar nəticəsində yaranan zəhərli kimyəvi maddələrin içməli suları çirkləndirə biləcəyi, filtrləmə və qaynatma üsullarının işə yaramayacağı barədə xəbərdarlıq ediblər.

Purdue Universitetindən Endryu Uelton şəhərlərdə baş verən yanğınların infrastruktura “ciddi” ziyan vurduğunu bəyan edib və qeyd edib ki, içməli su sistemləri zədələnərsə, “kül, tüstü, his, digər qalıqlar və qazlar” su şəbəkələrinə daxil ola bilər.

Tikinti materiallarında kimyəvi üsulla hazırlanmış sintetiklərin yandıqdan sonra hissəciklər və qazlar buraxdığını ifadə edən Uelton, bu elementlərin xüsusilə "zəhərli" ola biləcəyinə diqqət çəkib.

Kaliforniya Universitetindən Greg Pirs, yanğın zamanı su sistemlərində təzyiq azaldığından toksinlərin suya qarışa biləcəyini vurğuladı və elektrik kəsilməsinin də bu təzyiq itkisinə səbəb ola biləcəyinə diqqət çəkdi.

"Yanğın zamanı bütün su sistemini elektrik enerjisi ilə təmin etmək həqiqətən çətindir, hətta qeyri-mümkündür" deyə, Pirs bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
1
turkustan.az

2Mənbələr