AZ

Çexiya Rusiya neftindən imtina edir

Çexiyanın baş naziri Petr Fiala TAL neft kəmərinin modenləşdirilməsi işlərinin yekunlaşdığını bəyan edib.

FED.az xəbər verir ki, çexiyalı hökumət başçısı bu layihənin hesabına ölkəsinin Rusiya nefti olmadan da ötüşəcəyini diqqətə çatdırıb.

Siyasətçinin sözlərinə görə, “Transalp” boru kəməri neftə olan tələbatı tam olaraq ödəməyə qadirdir və Çexiya daha “Drujba” boru kəmərinin ümidinə qalmayacaq.

O bildirib ki, boru kəmərinin gücünün artırılması Çexiyaya əlavə 4 milyon ton neft gətirmiş olacaq. Çexiya ilə 8 milyon tona qədər neft idxal edə bilər ki, bu da neft-emalı zavodlarının tələbatını tam şəkildə ödəmiş olacaq. (Trend)

Seçilən
0
1
fed.az

2Mənbələr