AZ

İlon Mask məhkəməyə verilib

Bakı.Trend:

ABŞ-nin qiymətli kağızlar və birjalar üzrə komissiya (SEC) “X”sosial şəbəkəsinin alınması ilə əlaqədar məşhur amerikalı biznesmenİlon Maska qarşı federal məhkəmədə iddia qaldırıb.

Trend “The WallStreet Journal”a istinadən xəbər verir ki, qurum uzun sürənistintaqın yekunu olaraq məhkəməyə müraciət etmək qərarınagəlib.

İddia ərizəsinə əsasən, Mask investorlardan ictimai şirkətdən 5%və daha artıq payın alınması zamanı 10 gün ərzində bu haqdaaidiyyəti qurumları məlumatlandırmaq tələbini pozub.

SEC-ə görə, sosial şəbəkənin səhmlərinə sahib çıxan milyarderhəmin informasiyanın açılmasını ləngitdiyindən bu, onun şirkətinalışından 150 milyon dollardan çox pula qənaət etməsinə şəraityaradıb.

O da deyilir ki, bundan investorlar da ziyan çəkib, belə ki,onlar Maskın planları haqda öncədən məlumatlı olmadıqlarından“Twitter”dəki səhmlərini süni endirilmiş qiymətlərə satmalıolublar.

Məqalədə:
Seçilən
1
1
az.trend.az

2Mənbələr