AZ

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

Ağdam, 15 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Dünya cənnətə dönsə də, Vətənin yerini heç nə vermir. Ölkəmizin hər yeri bizim üçün Vətəndir. Amma hara getsək də, harada yaşasaq da, qəlbimiz hər zaman doğma yurdumuz Qarabağla döyünüb.

Bu sözləri Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Şura Əliyev deyib.

“Otuz ildən də çox bir müddətdə doğma yurdumuzdan ayrı qaldıq. Bu torpaqlara qayıtmaq əlçatmaz bir arzu kimi görünürdü. Ancaq ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq. Allaha çox şükürlər olsun ki, arzularımız gerçəyə çevrildi”, - deyə keçmiş məcburi köçkün bildirib.

Seçilən
0
1
azertag.az

3Mənbələr