AZ

Alpaqut döyüş sənətinin inkişafı ilə bağlı planlar müzakirə edilib

Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Fuad Quliyev Gənclər və İdman Nazirinin müavini Marianna Vasilyevna ilə görüş keçirib. "Olaylar" xəbər verir ki, görüşdə 2024-cü il üçün federasiyanın hesabatı və 2025-ci il üçün nəzərdə tutulan tədbir və layihələr müzakirə edilib. Həmçinin Alpaqut döyüş sənətinin inkişafı istiqamətində planlar, idmançıların qarşısına qoyulan məqsəd və vəzifələr, eləcə də dövlət başçısının ilin yekunlarına dair idmançılarla görüşündə vurğuladığı hədəflər ətrafında fikir mübadiləsi aparılıb.
Fuad Quliyev görüş zamanı Alpaqut Federasiyasının fəaliyyətinə göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edib və qarşıda duran hədəflərə çatmaq üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.
Bu görüşün federasiya və nazirlik arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli olduğu qeyd olunub. 2025-ci ildə Alpaqut döyüş sənətinin beynəlxalq arenada daha geniş tanıdılması və yeni uğurların əldə edilməsi əsas prioritet kimi göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
2
olaylar.az

3Mənbələr