Ana hərbi xidmətə yararsız olan oğlunu əsgər göndərmək üçün ağılasığmaz addım atıb.
Söz.az "Mash"-a istinadən xəbər verir ki, hadisə Dağıstanda yaşanıb.
Qızılyurt rayonundan olan 56 yaşlı Napisat adlı qadın dörd oğul dünyaya gətirib və onları əsl kişi kimi böyütmək istəyib.
Qadının 3 oğlu hərbi xidmət keçsə də, sonuncu övladının səhhətindəki problem buna mane olub.
Oğlunun hərbi xidmətə gedə bilməməsi qadını özündən çıxarıb.
Ana çağırışçıların tibbi müayinəsi ilə məşğul olan şəxslərlə görüşüb. O, oğlunun sağlam olduğuna dair saxta sənədə görə 70 min rubl təklif edib. Lakin komissiya oğlanın yararsız olduğunu biləndə plan iflasa uğrayıb.
Napisat rüşvət verdiyi üçün məhkəmədə hakim qarşısına çıxarılacaq.