Xalq şairi Nəriman Həsənzadə səhhətində yaranan problemlə bağlı bir neçə gün əvvəl Bakı Sağlamlıq Mərkəzinə yerləşirilib.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.
O bildirib ki, Nəriman Həsənzadənin vəziyyəti hazırda yaxşıdır.
"Nəriman Həsənzadə bir neçə gün əvvəl Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Əməliyyat edilən Xalq şairinin vəziyyəti yaxşıdır. Yaxın günlərdə evə buraxılacaq", - deyə o əlavə edib.