AZ

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

Bu il yanvarın 1-nə Azərbaycanda 1 597 229 vergi ödəyicisi olub.

"Cebheinfo.az" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,1 % çoxdur.

Vergi ödəyicilərinin 87 %-i fiziki şəxslər, 13 %-i hüquqi şəxs və digər təşkilatlardır. 1 il əvvələ nisbətən fiziki şəxslərin sayı 5,1 %, hüquqi şəxslərin sayı 7,3 % artıb.

Bu il yanvarın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 190 367 vahid təşkil edib ki, bu da illik müqayisədə 8 % çoxdur.

Ötən il 14 441 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 89,3 %-i yerli investisiyalı, 10,7 %-i xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 83,4 %-i elektron qaydada, 16,6 %-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 94 % təşkil edib. Ptən il dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 12 051-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 9 780-i "ASAN İmza" ilə, 2 221-i “Finkod + mobil nömrə” üsulu ilə, 50-si isə “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Yanvarın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 40 416 vahid təşkil edərək əvvəlki illə müqayisədə 15,7 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 %-i MMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Yanvarın 1-nə dövlət qeydiyyatında olan 125 696 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2024-cü ilin əvvəli ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,6 % artıb.

"Cebheinfo.az"

Seçilən
0
9
cebheinfo.az

10Mənbələr