AZ

Azərbaycanda bu şirkət CƏRİMƏLƏNDİ


Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə (DETX) daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bakupost.az xəbər verir ki, bunu DETX-nin rəsmisi Asif Məcidov bildirib.

O qeyd edib ki, DETX-nin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən müəssisənin istehsalat sahəsindən atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

"Faktla bağlı akt tərtib olunub. Müəssisənin hüquqi şəxs qismində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür", - deyə A.Məcidov qeyd edib.

Seçilən
0
36
bakupost.az

10Mənbələr