AZ

İranın 50 faizi türklərdir, lakin ölkədəki idarəçilik vəzifələrinin 50 faizi türklərə verilmir

Qasım Osmani Qərbi Azərbaycan Əyalətinin İnzibati Şurasında iddia edib ki, əyalət əhalisinin 50 faizi kürdlərdir və buna görə də idarəçilik vəzifələrinin 50 faizi kürdlərə verilməlidir.

Qərbi Azərbaycanın türk valisi Rza Rəhmani də buna cavab olaraq deyib ki, İranın 50 faizi türklərdən ibarətdir, lakin ölkədəki idarəçilik vəzifələrinin 50 faizi türklərə verilmir.

Qeyd edək ki, bir çox sahə statistikasına görə, Qərbi Azərbaycan vilayətinin kürd əhalisi 25%-i keçmir ki, bu da vilayətin daha çox cənub-qərbində cəmləşib.

Məhəmməd Qəsim Osmani əvvəllər dəfələrlə Qərbi Azərbaycana türk valisinin seçilməsinə qarşı çıxmış və yerli və türk vali seçilməsinin tərəfdarı olanları pantürklər adlandırmışdı.

visiontv.az



Seçilən
2
1
visiontv.az

2Mənbələr