AZ

VHP üzvlərinin sayı açıqlandı - Siyahı nazirliyə göndərildi



Vətəndaş Həmrəyliyi Partiyası yenilənmiş reyster məlumatlarını Ədliyyə Nazirliyinə təqdim edib.

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Bakupost.az -a bildirib ki, əvvəlki reyster üçün 8686 nəfər üzvün adlı siyahısı verilıb.

"Yenilənmiş reyster siyahısında 275 nəfər yeni üzv əlavə edilib. Son altı ayda isə 14 nəfər üzvümüz dünyasını dəyişib, onların da reysterdən çıxarılması üçün məlumatı məktuba əlavə etmişik”, - deyə S.Əsəvdli bildirib.

VHP-nin 82 rayon, 1 muxtar respublikada 1253 özək təşkilatı fəaliyyət göstərir.

Qeyd edək ki, "Siyasi partiyalar haqqında" qanuna görə hər il yanvar ayının 15-ə kimi siyasi partiyalar üzvlərin yeni (dəyişiklik) reysterini Ədliyyə nazirliyinə təqdim etməlidirlər.

Lalə, BakuPost

Seçilən
1
4
bakupost.az

5Mənbələr