İtaliya çempionatında on doqquzuncu turun təxirə salınmış oyunları baş tutub. "Milan" səfərdə "Komo"ya 2:1 hesabı ilə qalib gəlib.
90deqiqe.Az xəbər verir ki, "pianetamilan.it" "Milan"ın müdafiəçisi Matteo Qabbia matçın nəticələri ilə bağlı fikirlərin belə çatdırıb.
"Milan"ın böyümə potensialı davam edir: - Biz təkmilləşə bilərik, yanaşmamızı dəyişməliyik və o zaman qalib gəlmək daha asan olacaq, matç ərzində çox əziyyət çəkməməliyik. Bununla belə, bizim şəraitə reaksiyamız çox yaxşı hesab edilməlidir - həm oyun, həm də nəticə baxımından"
İtaliya çempionatında növbəti matçında “Milan” yanvarın 18-i şənbə günü baş tutacaq “Yuventus” klubu ilə qarşılaşacaq.