Ermənistan Rusiya nota verib
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Ermənistan XİN xəbər verir ki, səfirə etiraz notası təqdim edilib.
Məlumata görə, Ermənistan tərəfinin narazılığı Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən “Vesti nedeli” (“Həftənin xəbərləri”) verilişində səsləndirilən bəyanatlarla bağlıdır(Report).