AZ

Gürcüstan DİN Giorgi Qaxariaya hücumla bağlı istintaq başladıb

Gürcüstan

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) “Gürcüstan naminə” partiyasının lideri, sabiq baş nazir Giorgi Qaxariaya hücumla bağlı istintaq başladıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, qurumun bəyanatına görə, araşdırma cinayət məcəlləsinin 126-cı (zorakılıq) maddəsi ilə aparılır.

İnsidentlə əlaqədar Gürcüstan naminə partiyası da bəyanat yayıb. Bildirilib ki, Qaxariya hücuma məruz qalarkən məhkəmə prosesi ilə əlaqədar Batumidə olub. Partiya insidentə görə hakim partiyanı günahlandırıb.

Qeyd edək ki, ötən gecə hücuma məruz qalan Giorgi Qaxariyanın burun sümüyünün sındığı və beyin silkələnməsinə olduğu bildirilib. O, təcili yardım briqadası tərəfindən aparıldığı klinikanı öz istəyi ilə tərk edib.

Gürcüstan Gürcüstan

Seçilən
0
2
xalqcebhesi.az

3Mənbələr