"Liverpul"un hücumçusu Dioqu Jota “Nottingem Forest”lə oyunda (1:1) əvəzetmədən meydana daxil olduqdan dərhal sonra qol vurub.
Fanat.Az xəbər verir ki, portuqaliyalı 66-cı dəqiqədə oyuna qoşulub və cəmi 22 saniyə sonra rəqib qapısına qol vuraraq yekun nəticəni müəyyənləşdirib.
"Squawka"-ya görə, Jota 2006/07 mövsümündən sonra "Liverpul"un tarixinə Premyer Liqada əvəzetmədən meydana çıxaraq ən tez qol vuran futbolçusu kimi düşüb.
Arne Slotun komandası İngiltərə çempionatının turnir cədvəlində birinci yeri qoruyub saxlayır. “Qırmızı-qaralar” 20 oyundan sonra 47 xal toplayıb. İkinci yerdə olan “Nottingem Forest” isə 21 oyundan sonra 41 xal toplayıb.
Mirağa