AZ

Naxçıvanda bank əmanətləri 51% artıb

2024-cü il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasındakı banklarda 24,4 milyon manat əmanət olub.

Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, 2023-cü il dekabrın 1-i ilə müqayisədə 51,1% çoxdur.

Məlumata görə, əmanətlərin 94,9%-i milli, 5,1%-i xarici valyutada qoyulub, son 1 ildə milli valyutada olan əmanətlərin məbləği 51,8%, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 39,1% artıb.

Seçilən
0
2
banker.az

3Mənbələr