Məşhur bloqer MrBeast (Cimmi Donaldson) "TikTok"u almaq istədiyini açıqlayıb
News24.az Baku.ws-ə istinadla xəbər verir ki, o "TikTok" platformasını ABŞ-də bloklanmadan xilas etmək üçün bu addımı atıb.
Cimmi bu barədə "X" sosial şəbəkə hesabında qeyd edib.
"Yaxşı, yaxşı, mən TikTok alacağam ki, bloklanmasın" - deyə, bloqqer yazıb.
Donaldson sonradan bildirib ki, bu paylaşımdan sonra bəzi milyarderlər ona müraciət edib.
"Baxın görək, bütün bunları həll edə biləcəyikmi", - o əlavə edib.
ABŞ prezidenti Co Bayden platformanın sahibi olan Çin şirkəti "ByteDance", növbəti 270 gün ərzində ölkə ərazisində biznesini satmasa, "TikTok"un ölkədə qadağan edilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp isə Ali Məhkəməni qadağanın tətbiqini təxirə salmağa çağırıb ki, vəzifəyə gəldikdən sonra bu məsələni həll edə bilsin.