Bakı, 15 yanvar, AZƏRTAC
Perunun cənubundakı Arekipa bölgəsindəki baş verən yanğın nəticəsində ölənlərin sayı beşə çatıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ölənlərin üçü azyaşlıdır. Yanğın 10 mənzilə təsir edib və 100-dən çox insan evsiz qalıb.
“La Republica” qəzeti qəzanın evdə baş verən qısaqapanmadan qaynaqlandığını qeyd edir.
Yanğınla bağlı araşdırmalar aparılır.