1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Şamaxı"dan bir müddət əvvəl ayrılan azərbaycanlı yarımmüdafiəçi Ramin Əhmədovun karyerasını ölkə xaricində davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, 23 yaşlı futbolçu hazırda Qırğızıstandadır və yerli "Alai" klubu ilə danışıqlar aparır.
Tərəflər arasında danışıqlar uğurlu olarsa, ikiillik müqavilə bağlanacaq.
Qeyd edək ki, Ramin Əhmədov daha öncə "Zirə" klubunda da çıxış edib.