AZ

Almaniyada parlament seçkiləri keçiriləcək: Rusiya və Maskın dəstəklədiyi AfD-nin reytinqi olduqca yüksəkdir

23 fevralda Almaniyada parlament seçkiləri keçiriləcək. Reytinqlər nə göstərir?

-Fridrix Mertsin sədrlik etdiyi XDS/XSS-in(Xristian Demokratik İttifaqı) reytinqi 30%-dir;

- Ultra-sağçı, rusyönlü AfD-nin reytinqi 22%-dir;

- Şoltsun rəhbərlik etdiyi Sosial Demokratlar Partiyasının reytinqi 16%-dir;

- Yaşılların reytinqi də 13%-dir.

Pis xəbər ondan ibarətdir ki, Rusiya və İlon Maskın dəstəklədiyi  AfD-nin reytinqi olduqca yüksəkdir (22%). Yaxşı xəbər isə odur ki, 3 partiya (XDİ, SDP, Yaşıllar) 50%-dən çox səs toplayaraq parlamentdə koalisiya formalaşdırmaq potensialına malik olmalıdırlar və bununla, AfD-ni hakimiyyətdən kənar saxlaya biləcəklər.

Potensial yeni koalisiyanın formalaşması olduqca ağrılı proses ola bilər, ona görə ki, partiyalar arası münasibətlər heç də yaxşı deyil. Misal üçün XDİ və Yaşıllar arasında münasibətlər çox gərgindir. Amma buna baxmayaraq,  AfD hər kəs üçün vahid təhlükədir və ümid edək ki, bu təhlükəni zərərsizləşdirmək üçün partiyalar bir araya gələ biləcək.

Kamran Cəfərov

visiontv.az



Seçilən
2
visiontv.az

1Mənbələr