AZ

PKK-nın İrandakı lideri məhv edildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terror qruplaşması PKK-ya qarşı sərhədyanı əməliyyatlarını davam etdirir. 

Oxu24.com  xəbər verir ki, sonuncu əməliyyat İraqın Süleymaniyyə şəhərində keçirilib.

Bildirilir ki, keçirilən əməliyyatda terror təşkilatının İrandakı strukturu YRK-nın qurucularından olan "Amed Serhed" kod adlı İslam Dotkanlou və onun mühafizəçisi "Şivan Çiya" kod adlı Akam Şahe zərərsizləşdirilib.

İranda anadan olan İslam Dotkanlou 2002-ci ildə terror təşkilatı PKK/KCK-nın kənd kadrlarına qoşulub. Daha sonra Türkiyəyə gedərək Diyarbəkir və Bitlis kəndlərində bir çox terror aktlarında iştirak edib.

Seçilən
1
1
oxu24.com

2Mənbələr