AZ

“Erməni faşizminə qarşı mübarizə aparanların bu qurumda fəaliyyəti qürurvericidir”

“Erməni faşizminə qarşı mübarizə aparan Vətən müharibəsi iştirakçılarının prokurorluq orqanlarında işə qəbulu təqdirəlayiqdir”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, bu fakt bir daha dövlətimizin Vətən müharibəsi iştirakçılarına olan qayğısından xəbər verir:

 

“Vətən müharibəsindən sonra 23 nəfər müharibə iştirakçısının prokurorluq orqanlarında işə qəbulu müsbət haldır və bu, dövlətimizin vətən müdafiəçilərinə olan qayğısından, onlara olan ehtiramından xəbər verir.

 

Qürurvericidir ki, dünənə qədər erməni faşizminə qarşı mübarizə aparan bu şəxslər bundan sonra cinayətkarlığa qarşı mübarizədə iştirak edəcək, qanunçuluğun möhkəmlənməsinə töhfə verəcək. İnanıram ki, vətənin dar günündə xalqın, dövlətin, Ali Baş Komandanın etimadını doğruldan bu şəxslər prokurorluq orqanlarında onlara göstərilən etimadı da doğruldacaq, daim vətənin təhlükəsizliyinin keşiyində dayanacaqlar.

 

Mən Vətən müharibəsi iştirakçılarına göstərdiyi bu qayğıya görə Baş Prokurorluğa, hörmətli Kamran müəllimə təşəkkür edir, prokurorluq orqanlarının bütün əməkdaşlarına xidməti fəaliyyətlərində uğurlar arzulayıram”.

 

Xatırladaq ki, Vətən müharibəsi iştirakçılarından 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə, 2 nəfəri isə 2024-cü ildə elan edilmiş müsabiqə üzrə uğur qazanaraq prokurorluq orqanlarına qəbul edilib.

 

Seymur ƏLİYEV

 

Seçilən
3
moderator.az

1Mənbələr