AZ

Rusiyadan ABŞ- Ermənistan strateji tərəfdaşlıq sazişinə reaksiya – Aleksey Overçuk danışdı

Ermənistan hökumətinin Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini parlamentə göndərmək qərarı hüquqi cəhətdən məcburi addımdır. Bu, Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq təşəbbüsü kimi qiymətləndirilməlidir.

KONKRET.az xəbər verir ki, bunu  jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib. Eyni zamanda o qeyd edib ki, Ermənistan və Aİ-nin mümkün yaxınlaşması ilə bağlı müzakirələr uzun müddətdir  davam edir. Bunun fonunda Rusiya biznesi artıq müəyyən sahələrdə Ermənistan bazarında fəaliyyətini azaltmağa başlayıb:

“Onlar deyirlər ki, Aİİ-dən çıxmayacaqlar, amma indiki vəziyyətin özəlliyi nədir? Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması uzun müddətdir müzakirə olunur.  2025-ci il yanvarın 9-da  Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlandığını elan edən qanun layihəsini dəstəkləməklə hüquqi əhəmiyyətli addım atdı. Bu vəziyyətin özəlliyi də budur. Bu, Ermənistan hökumətinin qərarı idi və biz bunu Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk”.

Daha sonra Overçuk bildirib ki, Aİ-yə üzvlüklə bağlı müzakirələr prosesi başlasa da, Ermənistan Aİİ ölkələrinin bazarlarını itirməkdə maraqlı deyil: “Növbəti addımı Ermənistan hökuməti atmalıdır. Onlar iddia edirlər ki, Ermənistan hökumətinin gündəliyində belə bir məsələ yoxdur. Yaxşı olar ki, onlar üçün harda daha yaxşı olacağını dəyərləndirsinlər. Vəziyyətin necə inkişaf edəcəyini görəcəyik. “Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinin təşəbbüskarları mükəmməl başa düşürlər ki, Aİ-yə daxil olmaq hipotetik məsələdir. Təbii ki, onlar iqtisadi fayda və üstünlüklərini itirmək istəmirlər. 11 ayın yeni statistikası əlimin altındadır. Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11,6 milyard dollar, Aİİ ilə təxminən 12 milyard dollardır. Ermənistanın Avropa İttifaqı  ticarət dövriyyəsi bundan bir neçə dəfə azdır. Bunu biz demirik, reallıq deyir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
2
konkret.az

1Mənbələr