AZ

“Məni gözdən salmaq istəyirlər” - Video

“İfadəmi verdim, heç bir problem yoxdur”.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı prokurorluğa çağırılan aktrisa Serenay Sarıkaya jurnalistlərə açıqlamasında bildirib.

“Hər şey yolundadır, çox şükür bir problem yoxdur. Haqqımızda çıxan yalan, nöqtəsindən vergülünə qədər əsassız, qeyri-real olan iddialarla bağlı ifadə verməyə çağırıldım. Haqqımda yayılan iddialarla bağlı mən də hüquqi prosedurlara başlayacağam. İstintaq davam etdiyi üçün başqa deyə biləcəyim heç nə yoxdur. Dişimlə, dırnağımla bu günə gəlmişəm, gözdənsalma cəhdləri var. Reallıq konkret şəkildə ortadadır”, - deyə aktrisa vurğulayıb.  

Seçilən
0
4
qafqazinfo.az

5Mənbələr