AZ

Peskov İran və Rusiya arasındakı imzalanacaq müqavilədən DANIŞDI


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İran və Rusiya arasında "Strateji tərəfdaşlıq haqqında hərtərəfli razılaşma"nın imzalanma tarixinin Donald Trampın inauqurasiyası ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.

Musavat.com xəbər verir ki, Peskov bu məsələ ilə bağlı irəli sürülən müxtəlif spekulyasiyaların yalnız təbəssüm doğurduğunu qeyd edib. "Komplo nəzəriyyələrinin tərəfdarları əylənsinlər", - deyə Rusiya prezidentinin sözçüsü bildirib.

Peskov əlavə edib ki, ABŞ prezidentinin inauqurasiyası, əslində, yalnız ABŞ vətəndaşları üçün əhəmiyyətli bir hadisədir, lakin bunun Rusiya və İran arasında bağlanmış hərtərəfli müqavilənin mahiyyətinə heç bir təsiri yoxdur.

Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr