AZ

Ermənistan Rusiyaya etiraz notası təqdim edib

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.Missiya.Az Ermənistan XİN-ə istinadən xəbər verir ki, səfirə etiraz notası təqdim edilib.

Ermənistan tərəfinin narazılığı Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən “Vesti nedeli” (“Həftənin xəbərləri”) verilişində deyilən bəyanatlarla bağlıdır.

"Verilişdə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılan narrativlər səsləndirilib. Yanvarın 15-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P.Kopırkin XİN-ə çağırılıb. Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim edilib", - məlumatda qeyd olunub.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
0
16
missiya.az

10Mənbələr