AZ

Naxçıvanda sənaye istehsalı 8 %-dən çox azalıb

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 467 milyon 196 min 300 manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ildəki göstəricidən 8,2 % azdır.

Sənaye məhsulunun 406 milyon 362 min 400 manatı və ya 87 %-i malların, 60 milyon 833 min 900 manatı və ya 13 %-i isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 81,5 %-i emal, 16,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,4 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Seçilən
1
2
report.az

3Mənbələr