AZ

Əfsanəvi metalın sirrini açıblar

Əfsanəvi

Qədim mətnlərdə xatırlanan və əfsanəvi metal kimi təqdim edilən "orichalcum"-la bağlı yeni araşdırma aparıblar. Bu barədə "IfScience" nəşri yazıb.

Reyting.az
-ın məlumatına görə, elm adamları Aralıq dənizində sirli bir metal yükü aşkar etdikdən sonra "orichalcum"-un da sirrini aça biliblər.

"Orichalcum" yunanca "dağ mis" sözündən gəlir. Bu qədim, əfsanəvi metal Platonun "Atlantis əfsanəsi" əsərində də xatırlanır ki, burada "qızıldan başqa hər şeydən qiymətli" kimi təsvir edilir. Bu əsərin "Critias" adlı dialoquna nəzər yetirdikdə aydın görünür ki, əfsanə kimi xatırlanan qədim Atlantidanın mifik qalasının divarları, sütunları, həmçinin orikalkum ilə örtülmüş döşəmələri zövqlə bəzədildiyindən Platon məhz bu metalın binaya "qırmızı rəng" verdiyini bildirib.

Bu metal bir sıra digər qədim mətnlərdə, o cümlədən eramızın 1-ci əsrində yazılan Siseron və Yaşlı Plininin əsərlərində də dönə-dönə xatırlanır.

Elm adamları inanırdılar ki, bu metal bir növ pirinç, mis və yaxud sink ərintisi ola bilər. Bununla belə, müasir arxeoloji tapıntılar onun dəqiq tərkibinə işıq sala biliblər.

2014-cü ildə bir dalğıc Aralıq dənizində qədim Yunanıstanın Gela şəhərinin müasir Siciliya sahillərində 40 külçə metal ərintisi aşkar edib. 2016-cı ildə yerli hakimiyyət orqanları tərəfindən aparılan əlavə araşdırmalar zamanı ilk tapıntıdan cəmi 10 metr aralıda daha 47 külçə tapılıb. Məlum olub ki, hər iki külçə anbarı təxminən 2500 il öncə qəzada batan eyni gəmiyə məxsusdur.

Araşdırmalara görə, metal külçələr mis-sink ərintisidir. Alimlər məhz bu qarışığın "orichalcum" olduğunu sübut ediblər.

Alimlər həm də qədim Roma sikkələrində "orichalcum" tərkibli metal tapdıqlarına inanırlar. Bu dövrə aid sikkələrin çoxu isə qızıl, gümüş, tunc və yaxud da misdən hazırlanırdı. Əldə edilmiş, indiyə qədər tapılan bütün materialların hamısını skan etməklə, elektron mikroskopdan istifadə edən alimlər hələ 2019-cu ildə aparılmış araşdırmanı yeniləyiblər. Məlum olub ki, Avqust (e.ə. 23) və Neronun (63-64 AD) islahatlarından sonra zərb edilən bir çox sikkələrin 30 faizi sink tərkibli, həmçininmis-sink ərintisindən hazırlanıb.

Alimlərin fikrincə, çox güman ki, Atlantis əfsanəsinin maddi sübutu hesab olunan "orichalcum" müəyyən bir pirinç növünü - əsas komponentləri kimi mis və həm də sink tərkibli ərintilər sinfini təsvir etmək üçün istifadə olunan qədim bir termindir.

Oqtay QORÇU
Seçilən
3
reyting.az

1Mənbələr